Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, dəbdəbəli villasında "Evdəkilərə salam" verilişini qonaq edən sənətçi dünyasını dəyişəndən sonra vəsiyyətini açıqlayıb.
"Öləndə vəsiyyət eləmişəm ki, çox gözəl musiqilər səslənsin, hamı gözəl geyinsin, haqqımda çox xoş sözlər danışsınlar. Bir adamın da ağlamağını istəmirəm. Dostlarım bu sözlərimə sual olaraq söyləyirlər ki, axı sən həyatda olmayacaqsan, haradan biləcəksən bunları. Mən də cavabında deyirəm ki, "O dünyadan "rezki" (dərhal) qayıda bilərəm (gülür)" - deyə Röya vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media