Cavanşir Məmmədov Sevda Yahyayevanın efirdə PAXIRINI AÇDI - VİDEO

Cavanşir Məmmədov Sevda Yahyayevanın efirdə PAXIRINI AÇDI - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov Sevda Yahyayevanın efirdə PAXIRINI AÇDI - VİDEO

170736

Əməkdar artist Cavanşir Məmmədov həmkarı Sevda Yahyayevanın paxırının üstünü açıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu "7 tamam" axşam verilişində danışıb.

Məmmədov bildirib ki, illər əvvəl Heydər Əliyev Sarayında konsert edən Yahyayevadan nəvəsi və onun xanımı üçün bilet istəsə də, Sevda sözünün üstündə durmayıb, telefon zənglərinə cavab verməyib:

"Mənim qara retro tərzində avtomobilim var. İllər əvvəl Sevda Yahyayeva məndən xahiş etdi ki, “o maşınla klip çəkdirmək istəyirəm”. Pulunu da vermək istəyirdi. Dedim ki, pul söhbəti eləmə.

Maşını da başqa insana verə bilməzdim sürməyə. Özüm getdim, deməli gündüz saat 12:00-dan gecə saat 00:00-a qədər dayandım əsgər kimi maşının yanında. Klip çəkilib qutardı, "çox sağolun", "heç zaman unutmaram", belə belə... 
Üstündən 6-7 ay keçdi və Sevdanın Heydər Əliyev Sarayında konserti oldu. Həmin o nişanlanan nəvəm söylədi ki, “Sevda bilet verər gələcək nişanlım və anamla gedək konsertə?”. Üç ədəd bilet... Mən də ürəklə dedim ki, bu insana kömək etmişəm. Zəng elədim Sevdaya, söylədi ki, narahat olmayın. Dedim ki, hara desəniz adam göndərərəm bileti götürməyə. Konsertə bir gün qalmış nəvəm sual verdi ki, “baba, bilet nə oldu?” Cavab verdim ki, xeyr, ola bilər başı qarışıq olsun. Yenidən təkrar ona zəng eləsəm də, telefonu götürmədi".
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO