Müğənni Mənzurə Musayevanın efirdə başına xoşagəlməz hadisə gəlib.
Bizim.Media xəbər verir ki, çəkilişləri aparıcı Xoşqədəm Hidayətqızının villasında baş tutan “Günaydın, Azərbaycan!” verilişinin canlı yayımına gələn sənətçi pilləkanları qalxarkən paltarı hündürdaban ayaqqabısına ilişib.
Yerə yıxılmamaq üçün Mənzurə həmin an pilləkanın mühəccərindən tutub. Amma bu sənətçinin yıxılmasının qarşısını almayıb. Nəticədə Musayeva yerə yıxılıb.
Həmin anlar anbaan proqramın canlı efirində yayımlanıb. Bunu görən verilişin aparıcısı Xoşqədəm dərhal Mənzurə Musayevanın yardımına qaçıb.
Həmin görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media