Rusiyanın Xalq artisti Filip Kirkorovun başına iş gəlib.
Bizim.Media “Mash” Telegram kanalına istinadən xəbər verir ki, sənətçi “Moscow Crocus City Hall”un mühafizəçisinə yüngül bədən xəsarəti yetirdiyinə görə ifadə verib.
Hadisə sentyabrın 27-də Ani Lorakın 45 illik yubileyi münasibətilə çıxışından sonra baş verib.
Ani səhnə arxasına keçəndə Bedrosoviçin müşayiəti ilə beş nəfər ona yaxınlaşmağa çalışıb və ifaçıya gül vermək istəyib. Lakin özəl təhlükəsizlik işçisi onlardan icazənin təsdiq olunmasınadək gözləmələrini istəyib.
Bunu eşidən Kirkorov qəzəblənib və həmin şəxsin üzünə sillə vurub, bundan sonra mühafizəçi yerə yıxılıb. Nəticədə mühafizəçinin sağ ayağı əzilib.
Zərərçəkmiş vəkil Sergey Vasiliyevə və “Soro Sorokov” hüquq-müdafiə mərkəzinə müraciət edib.
Rəşad Əliyev, Bizim.Media