“Faiq Ağayevin itirdikləri çox oldu. Arada məni yenidən çimdikləmək istədi. Amma onu yerində oturtdum. Taleyim elədir ki, kimsə mənə sataşır. Millət həmin o kimsənin haqqında elə kompromateriallar göndərirlər ki, əlim nəyəsə çatsaydı da, mən o həqiqəti bilməzdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu “O üz” verilişində deyib.
Sənətkar illərdir qalmaqal yaşadığı həmkarı Xalq artisti Faiq Ağayevlə gərgin dolu münasibətlərindən danışıb.
Kərimova Ağayevi üstü örtülü şəkildə mühakimə edib:
“İnanmasam, sübut görməsəm, bütün övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram. Sən Faiq hansı vicdanla bunları söylədin. Və düşünmədin ki, mən səni pərt edərəm. Mən bunu çox yaxşı bacarıram. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm.
Balaca bir bağlılığı, sap qədər nazik münasibəti lap qırırsan. Niyə? O dövrdə, o çevrəyə girdi və hansısa dəstək gözlədi. Niyə bunu etdin Faiq? Səni nə vadar etdi bunları etməyə? Səni nə vadar etdi ki, mən ağzımı açdım? Yalnız özümü müdafiə etmişəm. Heç zaman hücüm etməmişəm”.
Rəşad Əliyev, Bizim.Media