Dostu Kərimə 142 min

Dostu Kərimə 142 min "PUL ATDI"

Hazırda oxunan: Dostu Kərimə 142 min "PUL ATDI"

170420

Müğənni Kərim Abbasova qarşı dələduzluq olunub.

Bizim.Media xəbər verir ki, bu haqsa sənətçi qonaq olduğu "Zaurla Günaydın" səhər verilişində danışıb.

K.Abbasov bildirib ki, dostu ona 142 min manat pul atıb:

"Evimə gəlib-gedən, "əmi qurban" deyib övladımın üstünə qaçan. Birinci başıma oyun açan da o olub. Başıma elə bir oyun açdı ki,... Aktyor! Dövlətimizin ondan xəbəri yoxdur. Yoxsa ona ya Əməkdar ya da ki Xalq artisti fəxri adı verərdilər. 25 ildir ki, toylarda iştirak edən məni necə aldadıb, oynadısa, üzünə baxa-baxa qaldım. Heç bir şey deyə bilmədim.

20 yanvar ərazisində özümə ev almışdım. O evi onun əli ilə almışdım. Özü dəllaldır. Elə məni aldatdı ki, pulum da getdi, özü də yoxa çıxdı. 142 min manat mənə pul atdı. Bir evi bir neçə adama satmışdı. Üç nəfərə satmışdı. 
Həmin şəxs Azərbaycandan qaçıb. Tək məni aldatmayıb. O, əvvəllər bir müğənninin prodüseri kimi çalışırdı. Həmin şəxs kişidir. Onunla çalışan müğənniyə mənə pul atdığını demişəm, onun da bu işdən xəbəri var. Evə gəlmişdim gördüm ki, artıq orada başqa insanlar yaşayır".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO