Aygün Kazımovanın məşhur modellə səmimi FOTOLARI 

Aygün Kazımovanın məşhur modellə səmimi FOTOLARI 

Hazırda oxunan: Aygün Kazımovanın məşhur modellə səmimi FOTOLARI 

170055

Xalq artisti Aygün Kazımova son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi xarizmatik bəylə qucaq-qucağa çəkdirdiyi şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Kazımova şəkillərə “Örtərik üstümüzə bu yaralanmış sevgimizi” sözlərini yazıb. Həmin bəyin kimliyi isə izləyicilərin marağına səbəb olub. 
Belə ki, şəkildəki şəxs dünya ulduzu Peris Hiltonla illər əvvəl bir layihədə yer alan məşhur rumın əsilli model Marian Draqandır. Marian A.Kazımovanın klipində rol almaq üçün Türkiyəyə gəlib. Ekran işinin rejissoru Selim Akardır. 

Draqan Xalq artisti ilə eyni layihədə yer alması ilə bağlı bu fikirləri səsləndirib: 

“Aygün Kazımova ilə çalışmaqdan böyük məmnunluq duydum. Belə gözəl layihədə yer aldığım üçün hər kəsə təşəkkür edirəm”. 

Onu da əlavə edək ki, ötən gün Aygünün klipinin ilk tizeri sosial mediada yayıma çıxarılıb. 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO