Aydın Sani:

Aydın Sani: "Efirə "pijama" ilə çıxanlar, özünüzü yığışdırın" – VİDEO 

Hazırda oxunan: Aydın Sani: "Efirə "pijama" ilə çıxanlar, özünüzü yığışdırın" – VİDEO 

169929

""Pijama" ilə (yataq geyimi) efirə çıxmaq heç doğru deyil... Heç bununla bloka çıxmırlar. Qapısına zibilini qoymaq üçün heç o "pijama" ilə çıxmırlar. Sən belə geyinib efirə çıxmaqla tamaşaçılara nə ötürürsən? Xalqımızın düşüncəsi ilə oynayırsan?" 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aydın Sani qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi xanım həmkarlarının açıq-saçıq geyimdə efirə çıxmasını sərt şəkildə tənqid edib: 

"Belə şeyləri görüb susmaq düzgün deyil. Mənə deyirlər ki, sənin bunları deməyə haqqın var. Biraz özünüzə gəlin, özünüzü yığışdırın. İndi o qədər ədəbi, əxlaqı və geyimi ilə sevilən xanım ifaçılar var ki... Amma mən hərdən onları qınayıram. Deyirəm ki, siz ki meydanda deyilsiniz, ona görə də meydanı vermisiniz onlara... Belə etməklə onlar gündəmə düşürlər". 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO