Mariah Keri eşq yaşadığı rəqqas sevgilisindən AYRILDI – FOTO 

Mariah Keri eşq yaşadığı rəqqas sevgilisindən AYRILDI – FOTO 

Hazırda oxunan: Mariah Keri eşq yaşadığı rəqqas sevgilisindən AYRILDI – FOTO 

169859

Dünyaca məşhur 54 yaşlı pop ulduz Mariah Kerinin eşq yaşadığı 40 yaşlı rəqqas Brayan Tanaka ilə ayrıldığı iddia edilib. 

Bizim.Media xəbər verir ki, son 10 ildə müğənninin bütün konsertlərində iştirak edən Brayanın “Milad” turunda gözə dəyməməsi cütlüyün ayrılması şayiələrinə yol açıb. 

Keri və Tanaka sonuncu dəfə mart ayında müğənninin ad gününü qeyd edərkən bir yerdə görüntüləniblər. Daha sonra Brayan birlikdə çəkdirdikləri fotonu sosial şəbəkə hesabında paylaşaraq “Bu, mənim sevimli şəkillərimdən biridir. Yubileyiniz mübarək, mənim gözəl kraliçam” şərhini yazıb. 
Qeyd edək ki, Keri və Tanaka ilk dəfə 2000-ci illərin ortalarında tanış olublar və rəqqas 2006-cı ildə baş tutan əfsanəvi Mimi macəraları turundakı şouda çıxış edib. Növbəti illərdə ikilinin arasında eşq qığılcımları yaranıb. Pop ulduzun əkiz övladlar var: qızı Monro və oğlu Mərakeş. 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO