"Range Rover" ilə qaydanı pozan Rüfəti polis tutdu - VİDEO

Hazırda oxunan: "Range Rover" ilə qaydanı pozan Rüfəti polis tutdu - VİDEO

169457

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan ərazisində sükan arxasında olan müğənni Rüfət Axundov yolda maksimal sürət həddi 90 olduğu halda, "Range Rover" markalı avtomobili 127 km/saatla sürüb. Sənətçi bunu əks etdirən görüntüləri çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Bizim.Media xəbər verir ki, baş verən hadisəni Bakı şəhər Dövlət Yol Polisi İdarəsi araşdırıb.

Araşdırma nəticəsində bəlli olub ki, R.Axundovun idarə etdiyi "Range Rover" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Qeyd olunub ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Sözügedən görüntüləri təqdim edirik:
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO