Alla Puqaçovanın müğənni qızı Kristina ABŞ-dan Rusiyaya buna görə qayıdıb - FOTO

Alla Puqaçovanın müğənni qızı Kristina ABŞ-dan Rusiyaya buna görə qayıdıb - FOTO

Hazırda oxunan: Alla Puqaçovanın müğənni qızı Kristina ABŞ-dan Rusiyaya buna görə qayıdıb - FOTO

169315

Bir neçə həftə öncə ölkəsinə geri qayıdan Rusiyanın Əməkdar artisti Kristina Orbakaite yenidən ABŞ-a dönəcək.  

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, sənətçi Yeni il korporativ tədbirlərində çıxış etdikdən sonra ABŞ-a qayıdacaq. 

Bunun üçün isə Kristinanın əvvəlcədən artıq bilet də aldığı bildirilib. Məlumatda həmçinin vurğulanıb ki, ötən illərdən fərqli olaraq Orbakayte bir tədbirdən 5 milyon rubl (təxminən  94.500 manat) deyil, 4,5 milyon rubl (təxminən 85000 manat) qonorar alacaq. 

Ulduzun Amerikaya gedişi ən azı fevralın sonuna planlaşdırılıb və bu səfər tətil kimi qələmə verilir. Çünki Kristinanın bir müddətdən sonra yenidən Rusiya Federasiyasına qayıdacağı bildirilir.  

Qeyd edək ki, dekabrın əvvəlində K.Orbakayte gözlənilmədən Amerikadan Rusiyaya gəlib və “İlin mahnısı” qala-konsertində çıxış edib. Orada estrada ulduzu, dinləyicilərinə sevgisini və onlar üçün darıxıdığını söyləyib. Buna baxmayaraq, sənətçinin ailəsi hələ Rusiyaya gəlmək niyyətində deyillər. Onlar ABŞ-da yaşayırlar. Kristina Orbakayte Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızıdır. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO