Nurəddin Mehdixanlı: 

Nurəddin Mehdixanlı: "Bilirdik ki, Ramiz Məlikin səhhəti ağırdır" - FOTO

Hazırda oxunan: Nurəddin Mehdixanlı: "Bilirdik ki, Ramiz Məlikin səhhəti ağırdır" - FOTO

168995

Bu gün uzun sürən onkoloji xəstəlikdən 80 yaşında dünyasını dəyişən Xalq artisti Ramiz Məliklə Heydər Məscidində vida mərasimi başlayıb. Sənətkarla vidalaşmaq üçün teatr xadimləri, mərhumun həmkarları və ailə üzvləri qatılıb. 

Xalq artisti Nurəddin Mehdixanlı Bizim.Media-nın əməkdaşı ilə söhbətində mərhum aktyorla bağlı xatirələrini dilə gətirib:

“Ramiz Məlik böyük şəxsiyyət və Azərbaycan teatrının, həmçinin kinosunun incilərindən biri idi. O, həqiqətən də sənətkar idi. Ramiz gənclik illərindən başlayaraq yaşlı zamanına kimi bütün ömrünü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına həsr etdi. Ramiz bizim sənətimizin ağsaqqallarından idi. Amma bu, həyatdır bir gün gələn, bir gün də bu həyatdan köçür. Son zamanlar isə Ramiz səhnədən uzaqlaşdı, müalicələri ilə məşğul olurdu. Xəstə olduğu müddətdə həm dövlətimizin, həm də Mədəniyyət Nazirliyinin diqqətində olub. Onun bütün problemləri öz həllini tapıb. Xəstəliyi ilə bağlı Ramiz danışmırdı. Amma hamımız bilirdik ki, onun səhhəti ağırdır. Çox heyif ki, mədəniyyətimiz daha bir böyük sənətkarı itirdi. Təəssüflər olsun ki, biz Ramiz Məlikin simasında bu cür sənətkarları bir-bir itiririk”. 

Qeyd edək ki, R.Məlik bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. 





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO