Xalq artisti: “Buna görə xanımım mənimlə boşanmaq istəyirdi” - VİDEO  

Xalq artisti: “Buna görə xanımım mənimlə boşanmaq istəyirdi” - VİDEO  

Hazırda oxunan: Xalq artisti: “Buna görə xanımım mənimlə boşanmaq istəyirdi” - VİDEO  

168865

“Səhərə kimi çəkiliş meydançası, çəkilişlər yadıma düşür... Allah rəhmət eləsin, dostlarım yadıma düşür. Çox təəssüflər olsun ki, Azərbaycan kinosu 1990-cı ildən çox zəifləyib və aşağı düşüb. Bu da ona görədir ki, əvvəlki kimi yaradıcı heyət yoxdur - bəstəkarlar, operatorlar, rejissorlar...” 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənov AzTV-də yayımlanan “Telesəhər” verilişinə müsahibəsində deyib. 

Sənətkar bildirib ki, pərəstişkarları onu yolda gördüyü zaman öpüb, qucaqladıqları üçün həyat yoldaşı ondan boşanmaq istəyib: 

“Küçədə gedəndə mənə Murad da, Calal da (filmlərdə oynadığı obrazları nəzərdə tutur - red.) deyirlər. Həyat yoldaşımla yolda gedirdim, gəlib məni öpüb, qucaqlayırdılar. Buna görə isə xanımım məndən boşanmaq istəyirdi. Gözümlə onlara işarə verirdim ki, yaxınlaşmayın. Amma onlar buna məhəl qoymurdular. Yenə də məni öpüb, qucaqlayırdılar”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO