“Mətanət İsgəndərlinin nəvəsi Tuncayın sosial şəbəkədəki, görüntüsünə baxdım. O qapını döyür, amma üzünə qapı açılmır. Sözün düzü, çox üzüldüm. Mən bu məsələni heç zaman gündəmə gətirmədim. Amma düşünürəm ki, Mətanət xanım nəhayət ki, bu uşaqları bir yerə yığmalıdır. Bir ev qurmalıdır ki, anası Canana onlara orada baxsın. Görək, ondan sonra nə olur...”
Bizim.Media xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində deyib.
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə yaşadığı qalmaqaldan söz açan Xoşqədəm müğənnidən nəvələri üçün anaları ilə birlikdə şərait yaradılmasını xahiş edib:
“Məni uşaqların taleyi düşündürür. Onlar bu hadisələrdən böyük travmalar alıblar. Valideynsiz keçirdikləri zaman... Boşanan təkcə onların valideynləri deyil. O qədər boşanan insanlar var. Amma boşanan ailələr uşaqlarına travma yaşatmamalıdır. Mən bu məsələni müzakirə etmirəm, sadəcə efir vasitəsi ilə Mətanət xanımdan rica edirəm ki, nəvələri üçün bir şeylər etsin. Artıq o uşaqlar üçün bir şeylər etməlisiniz, Mətanət xanım. Əslində, oğlu Kərim etməlidir. Kərim övladlarını öz evində saxlamalı deyil. Uşaqların anası Cananaya şərait yaratmalıdır ki, o oturub övladlarına baxsın. Mətanət xanım öz ayaqlarının üzərində duran ağıllı qadındır.
Mətanət müdrikcəsinə ana, qayınana və nənə kimi bu məsələni həll edəcək. Mən artıq Mətanət xanımı sosial şəbəkələrdə danışan, ağlayan görmək istəmirəm. Sizin də bu məsələdə nə qədər əsəbiləşdiyinizi bilirəm. Xahiş edirəm, uşaqların psixologiyasını qoruyun”.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Üç övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
- A-
- A
- A+
Şoutaym
12:20 / 13.12.2023
Xoşqədəmdən Mətanətə: “Nəvələriniz üçün bir şeylər etməlisiniz” - VİDEO
Hazırda oxunan: Xoşqədəmdən Mətanətə: “Nəvələriniz üçün bir şeylər etməlisiniz” - VİDEO
Hazırda oxunan: Xoşqədəmdən Mətanətə: “Nəvələriniz üçün bir şeylər etməlisiniz” - VİDEO
168801
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.