Fədayə Laçın: “Səsi, qabiliyyəti olmayan eybəcərlər pul verib efirə çıxırlar” - VİDEO

Fədayə Laçın: “Səsi, qabiliyyəti olmayan eybəcərlər pul verib efirə çıxırlar” - VİDEO

Hazırda oxunan: Fədayə Laçın: “Səsi, qabiliyyəti olmayan eybəcərlər pul verib efirə çıxırlar” - VİDEO

168769

“Bildiyimə görə, özəl efirlər var ki, pulludur. Bəzi müğənnilər o efirlərə çıxmaq üçün ödənişlər edirlər. Onlar heç oxuya da bilmirlər, səhnə hərəkətləri, qabiliyyətləri də, “vid-fasonları” da yoxdur. Onlarda heç nə yoxdur, amma efirdədirlər. Düşünürəm ki, pul verib efirə çıxırlar. Başqa cür ola bilməz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın qonaq olduğu “YouTube” da yayımlanan “Mirinin dibçəyi” layihəsində deyib. 

Sənətçi bildirib ki, aparıcılar pul müqavilində səsi və görünüşü olmayan müğənniləri verilişlərə dəvət edib, tamaşaçılarda ikrah hiss oyadırlar:  

“Əgər müğənni oxuya bilmirsə, bunun heç nəyi yoxdursa, belə bir ifaçını aparıcı verilişinə niyə çağırır ki? Özü də eybəcərdir... Heç olmasa səsi olmayanda amma gözəlliyi olanda deyirsən ki, səsi olmasa da amma gözəlliyi var, gözəlliyinə baxırsan. Amma belə olmamalıdır”. 

Fədayə həmkarlarından fərqli olaraq səhnədə geyimini yox, sənətini nümayiş etdirdiyini vurğulayıb: 

“Müğənnilər niyə soyunur?" sualına cavab verə bilmərəm. Mənə çox zaman yazırlar ki, Fədayə gözəl oxuyur və sənəti var, amma geyimini bilmir... Onların bu fikirləri ilə razıyam. Onlar məni istəyib deyirlər. İstəyirlər ki, mən də gözəl və cəlbedici geyinim. Mən sənət nümayiş edirəm, bədən, paltar, daş-qaş yox. Heç fikrim də yoxdur bunları etməyə. Makiyaj etməyi belə sevmirəm. Makiyajı gözəl görsənmək üçün edirsən. Özümə necə xoşdursa onu da geyinirəm. Əgər müğənniyə açıq-saçıq geyinmək yaraşırsa geyinsinlər. Bəzən olur ki, yaraşmır amma geyinirlər. Yarışıqlı olmayanda onsuz da heçnə yaraşmır. Bir az da açıq-saçıq olanda lap pis görsənir”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO