Tom Kruz rusiyalı deputatın qızı ilə EŞQ YAŞAYIR – FOTO 

Tom Kruz rusiyalı deputatın qızı ilə EŞQ YAŞAYIR – FOTO 

Hazırda oxunan: Tom Kruz rusiyalı deputatın qızı ilə EŞQ YAŞAYIR – FOTO 

168757

Dünya şöhrətli Hollivud aktyoru Tom Kruzun Rusiya Dövlət Dumasının deputatı Rinat Xayrovun qızı, rusiyalı iş adamı Dmitri Tsvetkovun keçmiş həyat yoldaşı Elsina Xayrova ilə gizli eşq yaşadığı iddia olunub. 

Bizim.Media xəbər verir ki, bu haqda “Daily Mail” nəşri öz insayderlərinə istinadən məlumat dərc edib. 

61 yaşlı aktyor 36 yaşlı qızla Londonun “Mayfair" rayonunda təşkil edilən gecədə birlikdə görüntülənib. Həmin vaxt onların yanında ukraynalı model Alena Avramenko da olub.

Şahidlərin dediyinə görə, gecədə Kruzla Elsina bir-birinə açıq-aşkar səmimi və isti münasibət nümayiş ediblər.  İkilinin birlikdə rəqs etdikləri, daha sonra səhər tezdən birlikdə məkanı tərk etdikləri bildirilib. Həmçinin qeyd edilib ki, Tom Elsina ilə birlikdə şəkil çəkdirməkdən imtina edib və demək olar ki, bütün gecəni Xayrova ilə rəqs edib. 

Qeyd edək ki, 2021-ci ildə Elsina Xayrova Tsvetkovdan qalmaqallı şəkildə boşandığı üçün Britaniya mətbuatında manşet olmuşdu.

Cütlük Surreydəki “Wentworth” 22 milyon funt sterlinqlik malikanəni, həmçinin Londonda 18 milyon funt sterlinqlik ev və digər əmlaklarını öz aralarında bölüşüblər. Tom Kruz daha əvvəl etiraf etmişdi ki, İngiltərədə vaxt keçirməyi çox sevir. Xayrova da öz növbəsində Britaniya vətəndaşlığına malikdir, təhsilini başa vurduqdan sonra uzun illər Londonda yaşayır. 

 


 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO