“Mənim “paxıllıq” sözündə “p” hərifindən xəbərim yoxdur. Özgüvənim, sənətim, istedadım ali dərəcədədir ki, kiməsə paxıllıq etməyə belə vaxtım yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi şou-biznesdə həmkarları arasında heç kimə paxıllıq etmədiyini dilə gətirib:
“Heç kim oturub özündə Amerika kəşf eləməsin ki, Kərim kiməsə paxıllıq edir. Mən axı sizin nəyinizə paxıllıq edəcəyəm, ay “yetimlər”? Nəyiniz var axı? Nəyiniz məndən artıqdır? Səsiniz, istedadınız, perfomansınız, danışığınız, mədəniyyətiniz, oxuduğunuz məktəb, universitet, ailəniz, eviniz, avtomobiliniz... Nəyiniz?”.
Rəşad Əliyev, Bizim.Media