Xatundan kədərli paylaşım - Sənsiz necə yaşayım... - Video

Xatundan kədərli paylaşım - Sənsiz necə yaşayım... - Video

Hazırda oxunan: Xatundan kədərli paylaşım - Sənsiz necə yaşayım... - Video

16727

Müğənni Xatun vəfat edən qardaşı stilist Balaş haqqında video paylaşıb.

Bizim.Media xəbər verir ki, o, videonu Instagram səhifəsində yayımlayıb. İfaçı qardaşı haqqında xatirələrini sözlərlə təsvir edib.

"Eh dünya.. Artıq  40 gün keçdi. Sənsiz yaşayıram. Canım o qədər yanır ki,  sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, göznurum, atam, anam, dostum, qardaşım, can parçam. Sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram.

Dünyanı boz görürəm, sanki gözəl rənglər səninlə birgə yoxa çıxıb.Mən bilmirəm necə özümə gələcəm, nə vaxt ayağa qalxa biləcəm".

Müğənni paylaşımında qardaşının özündən sonra qalan övladlarına göz bəbəyi kimi baxacağını da qeyd edib.

"Gözəl qızların uca Allaha, sonra da mənə əmanətdir".

Xatununa paylaşımına dostları və izləyiciləri də biganə qalmayıb. Onlar ifaçıya şərh yazaraq təskinlik veriblər.

Qeyd edək ki, müğənninin qardaşı Balaş qan xərçəngindən vəfat edib.

Bizim.Media
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Xatun (@xatunofficial)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO