Müğənni Xatirə İslam üzləşdiyi xoşagəlməz hadisədən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində bildirib ki, yenicə efirlərə çıxdığı zaman böhtanla üzləşib.
“İllər əvvəl xalam həyat yoldaşı ilə bazarda məhsul alarkən görüb ki, bir kişi yanında da 5-6 yaşında uşaqla durub. Həmin kişi oradakı camaata deyir ki, müğənni Xatirə uşağına baxmır. O uşağını atıb üstümə, özü isə gedib oxumağa.
Mən isə o ərəfələrdə yenicə efirlərə çıxırdım. Yəni, yenicə müğənniliyə başlamışdım. Kişi deyirdi ki, guya o uşaq mənimdir (gülür). Xalamla həyat yoldaşı kişini bu danışığını eşidib deyiblər ki, bu dəlidir, axı bu nə danışır... Yəni hər cür insan var. Göz görə-görə camaata deyir ki, buna bax Xatirə uşağı atıb üstümə, özü isə efirdə oxuyur”, - deyə Xatirə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media