Səidə Sevdanı toyuna niyə çağırmayıb? – VİDEO 

Səidə Sevdanı toyuna niyə çağırmayıb? – VİDEO 

Hazırda oxunan: Səidə Sevdanı toyuna niyə çağırmayıb? – VİDEO 

166320

Sentyabrda özünə təmtəraqlı toy edən müğənni Səidə Sultanın toyunda bir çox xanım həmkarları iştirak etsə də, Sevda Yahyayevanın bu məclisdə olmaması tərəflərin küsülü olduğu söz-söhbətlərini gücləndirib. 

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı “Maqazin plyus” verilişinə müsahibəsində danışıb. 

Səidə ilə münasibətlərinin yaxşı olduğunu söyləyən Sevda həmkarının toyuna getməməsinin səbəbini belə nəql edib: 

“Səidə mənim toyumda iştirak etməyib. Yəgin ki, buna görə o utanıb və öz toyuna da məni çağırmayıb. Amma Səidə məni toyuna dəvət etsəydi, gedərdim. Bilirsiniz ki, toyum pandemiya dövrünə təsadüf etmişdi və o zaman toylarda insanların say hesabı ilə bağlı məhdudiyyətlər vardı. O qədər arzuladığım insanlar oldu ki, amma onları məhz bu məhdudiyyətlərə görə dəvət edə bilmədim. Cəmi 150 nəfərə icazə vardı. Səidənin qismində bir çox insanlar var idi ki, onları toyuma dəvət edə bilmədim. Fürsətdən istifadə edib Səidəni ailə qurması münasibəti ilə təbrik edirəm. Ona ana olmaq hisslərini yaşamağı arzulayıram”. 

Müxbirin bu anda “Deyilənə görə, Səidəni Xalq artisti Röya Ayxanın israrı ilə toyunuza dəvət etməmisiniz...” sözlərinə S.Yahyayevanın cavabı belə olub: 

“Xeyr, qətiyyən bu, belə deyil. Röya elə bir xasiyyətdə bir insandır ki, o, heç zaman heç kimə nə şərt qoymağı, nə də ki, şərt qəbul etməyi sevir. Ümumiyyətlə bizim belə bir söhbətimiz olmayıb”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO