İlhamə Quliyevanın xalası qızı: “Orxanın evlənməsinə etiraz edib mənimlə başqa cür danışdı” – VİDEO

İlhamə Quliyevanın xalası qızı: “Orxanın evlənməsinə etiraz edib mənimlə başqa cür danışdı” – VİDEO

Hazırda oxunan: İlhamə Quliyevanın xalası qızı: “Orxanın evlənməsinə etiraz edib mənimlə başqa cür danışdı” – VİDEO

165942

Müğənni Əli Mirəliyev “Elgizlə izlə” ictimai-sosial verilişə çıxaraq bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyevanın yaşadığı ev onun bacısı Gülbahara deyil, sənətkarın xalası qızı, mənəvi övladı Orxanın anası Lalə xanıma qalmalı idi.

Bizim.Media xəbər verir ki, qalmaqallı məsələyə aydınlıq gətirmək üçün Lalə xanım sözügedən proqramın canlı efirinə zəng edib.

Lalə xanım Əli Mirəliyevin bir çox məsələlərdə yalan danışdığını bildirib:

“Bu söhbətlər artıq çoxdan yekunlaşmalı idi. Bu söhbətlər 7 il bundan öncə bitib. Əgər mən zamanında İlhamə xanım rəhmətə gedəndə heç bir vərəsəlik, dava və məhkəmələrdə iştirak etməmişəmsə, bu o deməkdir ki, hər şeyi dərk etmişəm, qanunu da bilən, savadsız bir insan deyiləm.

Ona görə, çox xahiş edirəm, adım belə məsələlərdə bir daha hallanmasın. Çünki dünəndən pis vəziyyətdəyəm. Mən müəlliməm. Dünəndən bu söhbətlərə görə ürəyimin ağrısından xəstəlik tapmışam. Onsuz da vəziyyətim bəllidir. Bunun heç kimə aidiyyatı da yoxdur. Heç bir şey istəmirəm. İndi Əli Mirəliyevin efirə çıxıb pafoslarla danışmağının yeri yoxdur.
Zamanında çıxıb Laləni təhqir etmək lazım deyildi. Demək lazım deyildi ki, Lalə heç kimə lazım adam deyil. Bəs, guya İlhamə xanım məni saymırdı. Xeyr! Lalə hər zaman özünə hörmət edən insan olub. İlhamə xanımla da aramda nə söhbətlər olubsa… Mən ondan incimişəm və mən kənara çəkilmişəm. Onun Əli Mirəliyə qəti dəxli yoxdur. Əli Mirəliyev bizim ailəmizin və nəslin adından nümayəndə kimi çıxış etməməlidir. Bu mənə çox pis təsir edir. Bu, düzgün deyil. Camaatda elə bir təəssürat yaranır ki, bunlar “belə” nəsildirlər.

Amma belə deyil axı… Mən hər zaman hamının yanında olmuşam və dəstək göstərmişəm. Əgər Əli Mirəliyev, Laləni düzgün qəbul edən insan olsaydın, düzgün danışardın. Daha durub yalandan nələrsə uydurmazdın. Mənim qızımı istəyirdi, övladlığa götürsün kimi söhbətlər etmək nəyə lazımdır? Axı, niyə Oğlum Orxanın adını hallandırırsınız? Orxan hansı işdə kimin adını hallandırıb və ya hansısa söz deyib? Bu söhbət bitsin. Qoyun, İlhamə xanım da rahat məzarında yatsın.

İlhamə xanımın bu zamana qədər adından heç vaxt istifadə etməmişəm və istifadə etmək fikrim də yoxdur. Mən İlhamə xanımın evində yatıb-durmuşam. Mən və bacım onunla bir evdə böyümüşük. Orxan isə o evdə dünyaya gəlib. Mən oğlum Orxandan imtina etməmişəm ki, bunu kimsə də desin ki, anası oğlunu atıb, İlhamə xanım böyüdüb və saxlayıb… Burada başqa söhbət ola bilməz.
Lalə xanım vurğulayıb ki, İlhamə Quliyeva Orxanın Arifə adlı xanımla evlənməsinə qarşı çıxıb və bu səbəbdən onunla İlhamə xanım arasında mübahisə yaşanıb:

“İlhamə xanım Orxanın evlənməsinə etiraz etmişdi. Orada gəlin söhbəti idi… Mənim isə İlhamə xanımla aramızda olan inciklik Orxana və gəlinə görə oldu. Mənim övladımın seçimi bu xanım idi. İlhamə xanım isə öz istədiyini istəyirdi. Bizim aramızda buna görə anlaşılmazlıq oldu. Artıq onun yanında olan insanların bu məsələyə müdaxiləsi, beynini doldurması… İlhamə xanım sözə gedən insan idi. İlhamə xanım bundan sonra mənimlə başqa cür danışdı. Mən də öz mənliyimi və övladlarımı heç kəsin ayağına atan insan deyiləm”.

Qeyd edək ki,  İlhamə Quliyeva 2016-cı il fevralın 25-i ürək çatışmazlığından vəfat edib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO