Rihanna məşhur marka üçün “180 dərəcə” DƏYİŞDİ – FOTO 

Rihanna məşhur marka üçün “180 dərəcə” DƏYİŞDİ – FOTO 

Hazırda oxunan: Rihanna məşhur marka üçün “180 dərəcə” DƏYİŞDİ – FOTO 

165616

Dünya pop səhnəsinin ulduzu Rihanna “Puma x Fenty” brendinin yeni kolleksiyasının reklamında rol alıb. 

Bizim.Media xəbər verir ki, 3-cü övladına hamilə olan ulduz 2014-cü ildən yaradıcı direktoru olduğu idman brendi ilə birgə “Creeper Phatty” idman ayaqqabısının yenilənmiş versiyasını təqdim edib. 

Fotolarda Rihanna qısa ağ saçları, uzun dırnaqları, həcmli bənövşəyi qısa gödəkçəsi və məşhur ayaqqabıları ilə cəsarətli pozlar verib. 

Platforma idman ayaqqabılarını dekabrın 1-dən üç yeni rəngdə satışa çıxaracaq. Rihannanın idman nəhəngi “Puma” ilə əməkdaşlığı 2017-ci ildə, müğənni “Fenty Beauty” və “Savage x Fenty” brendlərini inkişaf etdirdiyi üçün dayandırılmışdı. 








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO