"Əvvəllər qəbiristanlığa gedəndə tək qardaşımı ziyarət edirdim. Gedəndə tək onu görürdüm. İndi isə qardaşımın yanında anamı və atamı da görürəm. Hazırda yetiməm (kövrəlir)".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Bir ilin içində hər iki valideynini itirən sənətçi bildirib ki, onların yoxluğu ilə hələ də barışa bilmir və özünü onlarsız yetim sayır:
"Bir ilin içində ata ilə ananı itirmək... (ağlayır) Qardaşımın yoxluğu ilə illər keçmişdi, barışmışdım. Amma bir ilin içində ana ilə atamı itirmək... Atamın vəfatının ili tamam oldu, anam dünyasını dəyişdi. Ağırdır mənim üçün... Anam vəfat edəndə anladım ki, yetiməm. Artıq heç kimim yoxdur.
Bir ailəm və bir balam var. Başqa heç kimim yoxdur.Quru nəfəsləri olsun, bəsimdir,... Arada bir dalaşardıq, deyərdik, gülərdik... Ana-bala, ata-bala arasında olan... Yəni həmişə olur... Hər bir ailədə söz-söhbət olur. Onlar götürsünlər vursunlar fincanı başıma razıyam. Bir ilin içində ikisi də birdən getdilər..."
Qeyd edək ki, Kərim Təranə adlı xanımla ailəlidir. Onların Yusif adlı bir oğlan övladı var.
- A-
- A
- A+
Şoutaym
21:26 / 21.11.2023
Kərim AĞLADI: "Hazırda yetiməm" - VİDEO
Hazırda oxunan: Kərim AĞLADI: "Hazırda yetiməm" - VİDEO
Hazırda oxunan: Kərim AĞLADI: "Hazırda yetiməm" - VİDEO
165494
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.