Naziləyə məhkəmədə uduzan Fatimə: “O məni heç zaman əzə bilməz” – VİDEO 

Naziləyə məhkəmədə uduzan Fatimə: “O məni heç zaman əzə bilməz” – VİDEO 

Hazırda oxunan: Naziləyə məhkəmədə uduzan Fatimə: “O məni heç zaman əzə bilməz” – VİDEO 

165256

“Əgər bu gün müştəri məni və qarşı tərəfi (məhkəməlik olan şairə Nazilə Səfərlini nəzərdə tutur – red.) xına məclisində görmək istəyirsə, burada heç bir problem yoxdur. Səhnə səhnədir! Lazım olsa, məclisdə onun adını çəkib, təqdim edə bilərəm. Lazım olsa, qarşı tərəf xanım da özünə yaraşan kimi məni təqdim edər. O söylədiyiniz xanım çalışır ki, “yüksək” təqdimatla özünü təqdim etsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “ARB” televiziyasına müsahibəsində deyib. 

Sənətçi bildirib ki, gəlinin başına xınanı aparıcı yox, yaşı 50-dən artıq olan xanım çəkməlidir: 

“Xınanı gəlinin başına aparıcı çəkmir. Xınanı bəy tərəfin başı bütöv, övladlarına yarıyan bir xanım çəkməlidir. Yəni bizim yaşımıza çatmaz, biz gəlinin başına xına çəkək. Nazilə deyir ki, o məndən cavan və bir neçə bayram kiçikdir. Başı bütöv, övladlarına yarıyan nə deməkdir, yəni yaşı 50-yə yaxın xanım olmalıdır ki, xınanı gəlinin başına o yaxsın. Hansısa xınaya gedəndə məclis yiyələri mənə deyir ki, arzumuzdur ki, gəlinin başına xınanı siz yaxasınız. O istək olanda əlbəttə ki, mən yaxıram. Amma əgər məclisdə xına davası olacaqsa...” 

Fatimə Naziləni ömür boyu xına üstündə dava etməkdə ittiham edib: 

“Onsuz da ömür boyu Nazilə xına davası edir. O, xına davası aparır. Mən xına davası edən insan deyiləm. İstəyir öz başına və ya kiminsə əlinə yaxırsa, yaxsın. Mən özümə hörmət edən qadınam və heç vaxt kiminsə önündə aciz olmaram”. 

Müxbirin “Sizin bir neçə gün əvvəl behləşdiyiniz bir toy vardı və o toyu Nazilə Səfərli sizi çox istədiyinə görə yola verdi. Bəs, bu necə dostluq idi, bu necə oldu, düşmənçilik?” sualına Fətəliyevanın cavabı belə olub: 

“Mən Nazilə ilə heç zaman dost olmamışam. O, həmin məclisə pulsuz getməyib. O qonorarını alıb. Əslində, o qonorarı almağa mən gedəcəkdim. Ona o qonorarı verdim. Üstündən bir müddət keçəndən sonra Nazilə başıma vurdu ki, mən o qiymətə getmirdim. Bilmirəm, Nazilə hansı qiymətə gedir... Hər zaman deyirəm ki, anam və övladlarım üçün canımdan keçərəm. Amma qaldı ki, həyatda məni o qədər əzən insanlar var ki... Elə o insanlardan biri də Nazilədir.
O məni heç zaman əzə bilməz”. Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsində də Nazilə Fatiməyə qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir. 
 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO