Nazilə yeni gəlinindən DANIŞDI:

Nazilə yeni gəlinindən DANIŞDI: "Londondan mənə saat gətirib" - VİDEO

Hazırda oxunan: Nazilə yeni gəlinindən DANIŞDI: "Londondan mənə saat gətirib" - VİDEO

165072

Şairə və qiraətçi Nazilə Səfərlinin subay oğlu Turanın gələcək həyat yoldaşı ona lüks markalı saat hədiyyə edib.

Bizim.Media xəbər verir ki, bu haqda Nazilə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. 

Yeni gəlinindən söz açan Səfərli bildirib ki, əsalətli və nəcib ailənin qızıdır və bahalı saatı ona Londondan gətirərək, hədiyyə edib:

"Qolumu bəzəyən bu saatı mənə hazırda subay oğlum Turanın xanım dostu hədiyyə edib. Onlar dostluq edirlər. Oğlum nə deyirsə, mən də onunla razılaşıram. Qızı çox bəyənirəm. O, "Barbi" gəlinciklərinə oxşayır, əsalətli bir ailənin qızıdır. Onun kimliyi haqda hələ ki danışmaq istəmirəm. Birdən bu izdivac alınmaz, yəni camaatın qızıdır... Özü baxar, görər, sonra utanaram... Bu saatı Londondan özü gətirib. Amma saat qızıldan deyil. Qiyməti 1000 manatdan çoxdur. Markası bəllidir. Qızın kimliyi haqda nəsə desəm onda hamı biləcək. Zənginliyi bir yana çox ziyalı, əsalətli və mərifətli bir ailənin qızıdır. Elçilik olanda hamı biləcək. Bir şirin çay içən kimi, sosial şəbəkə hesabında paylaşacam (gülür). Bu saat mənim doğum günümün hədiyyəsidir".

Qeyd edək ki, Nazilə Səfərlinin Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub.

Cütlüyün bu ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və beləcə Nazilə ilk dəfə nənə olub. Bu şərəfə isə şairə nəvəsi üçün dəvə qurbanı kəsərək, gündəmə səs salıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO