''Toppuş bacı'' qardaşını zəhərləyib - Etiraf etdi - VİDEO

''Toppuş bacı'' qardaşını zəhərləyib - Etiraf etdi - VİDEO

Hazırda oxunan: ''Toppuş bacı'' qardaşını zəhərləyib - Etiraf etdi - VİDEO

16507

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Əliyeva olub.

Bizim.Media-nın məlumatına görə, verilişdə əməkdar artistin bacısı Təranə Cəfərova onun haqqında maraqlı açıqlama edib.

Bildirib ki, Tünzalə kiçik yaşlarında qardaşının həyatını təhlükəyə atıb:

"Tünzalənin 5-6 yaşı olardı, kiçik qardaşım isə hələ 1 yaşına çatmamışdı. Tünzalə mətbəxdəki dolabda sirkə turşusunu qardaşıma içirir. Elə bilir sudur. O an anam hadisənin üstünə gəlir. Mane olur. Amma sirkə turşusunun bir miqdarı qardaşımın boğazına gedir. Sonradan o hadisənin böyük fəsadları oldu. Lakin Tünzalə bunu qəsdən etməmişdi".

Hadisə ilə əməkdar artist belə deyib:

"Bu hadisəni xatırlayıram. Qardaşım Nərimanın dili şişmişdi. Mədəsinə getməmişdi, amma dili kökünə qədər yanmışdı. Anamgil danışırdı, lakin bunu mən etdiyimi xatırlamıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO