Son günlər görünüşü ilə diqqət çəkən müğənni Xatirə İslamın kosmetoloji proseduru gündəm olub.
Bizim.Media xəbər verir ki, sözügedən görüntülərdə sənətçinin üzünə iynə vurmazdan əvvəl həkimin “Yeni doğulan uşağın aktiv hüceyrələri sizə köçürülür” sözləri sosial şəbəkədə müzakirə obyektinə çevrilib.
Həkim edilən bu prosedurun bahalı olduğunu qeyd edib. İzləyicilər isə “Körpə uşağın hüceyrəsi necə əldə edilib?”, “İndiki zamanda uşağını həkimə aparmağa qorxursan, qalsın, uşaq hüceyrəsi proseduru” kimi şərhlər yazaraq sənətçini tənqid atəşinə tutublar.
Rəşad Əliyev, Bizim.Media