Alla Puqaçova Maksim Qalkin və uşaqları ilə birlikdə bu ölkəyə mühacirət edəcəklər – İDDİA 

Alla Puqaçova Maksim Qalkin və uşaqları ilə birlikdə bu ölkəyə mühacirət edəcəklər – İDDİA 

Hazırda oxunan: Alla Puqaçova Maksim Qalkin və uşaqları ilə birlikdə bu ölkəyə mühacirət edəcəklər – İDDİA 

164335

Rusiyanın Xalq artisti Alla Puqaçova və ailəsi yaxın vaxtlarda yenidən mühacirət edə bilər.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 74 yaşlı estrada ulduzu uşaqları və yumorist əri Maksim Qalkinlə bir ay əvvəl köçdüyü Kipr səyahətdən yorulmuş sənətçinin son sığınacağı deyil. 

Belə ki, tezliklə Kiprdə millətlərarası və dinlərarası münaqişənin başlaya biləcəyi ilə bağlı iddialar səsləndirilib. Əgər adada vəziyyət həqiqətən gərginləşərsə, məşhur ailə okeanın o tayına, ABŞ-a uçacaqlar. 

Müğənninin böyük qızı Kristina Orbakaite əri Mixail Zemtsov və qızı Klaudiya ilə uzun müddətdir ki, orada yaşayır. 

“Puqaçova və Qalkin pulun olduğu yerə qaçırlar - istər İsrail, istərsə də Kiprə. Ailənin qalan hissəsi Mayamidə yaşayır - Kristina Orbakaite əri və uşaqları ilə birlikdə. Nikita Presnyakov nəvəsidir”, - deyə aktivist Roman Xudyakov vurğulayıb. 

O, həmçinin bildirib ki, bu yaxınlarda Qalkin yerli rieltorla Amerikada mənzil axtarır. Aktivist “Çox güman ki, ailə ABŞ-da birləşəcək, lakin Qalkin və Puqaçova Los-Ancelesdə yaşayacaqlar” fikirlərini bildirib. 

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb. İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO