Oğlanlarla rəqsinə görə tənqid olunan Samirənin anası efirə zəng etdi: “Allahdan qorxun!” – VİDEO 

Oğlanlarla rəqsinə görə tənqid olunan Samirənin anası efirə zəng etdi: “Allahdan qorxun!” – VİDEO 

Hazırda oxunan: Oğlanlarla rəqsinə görə tənqid olunan Samirənin anası efirə zəng etdi: “Allahdan qorxun!” – VİDEO 

164304

Xəbər verdiyimiz kimi, meyxanaçı Samirə Yusifqızının axşam saatlarında restoranların birində gənc oğlanlarla rəqs etməsinin görüntüləri gündəmə səs salıb. Sözügedən məsələnin “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirində müzakirəsi zamanı jurnalist Ramilə Sultan sərt şəkildə Samirə Yusifqızını tənqid edib və tərəflər arasında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, sənətçinin anası Nailə xanım həmin proqramın canlı efirinə zəng edərək, qızını rəqsinə görə rişxənd obyektinə çevirən jurnalistə etiraz edib. 

“Dünəndən əsəbdən stressə düşmüşəm. Sinir ağrılarım baş qaldırıb. Axı, siz qızım Samirəni niyə belə “dimdikləyirsiniz”? Samirə nə edib? Burada pis nə var? Samirə cavanların məclisində olub. O, cavanlarla ayaqlaşıb, rəqs edib. O belə bir rəqsi nə toyda, nə də ki efirdə edib. Bunun ucundan tutub, ucuzluğa getmək nəyə lazımdır?

Bu gündən sabaha bizim heç ümidimiz yoxdur. Görün, dünyanın nə zamanıdır... Heç olar ki, belə acı danışmaq. Mən jurnalist Ramilə Sultana bir söz demirəm. O da onun sənətidir. O yazmalıdır, deməlidir, lazım gəlsə, lap tənqid də etməlidir. Amma tənqidin də yeri var... O cür emosional çıxış etmək, ayağa durub az qalırdı, qızım Samirəni döysün. Niyə axı belə olmalıdır? Samirənin gördüyü yaxşı əməllərindən danışın.
O, pandemiya zamanı toyların olmadığı bir vaxtda taksi sürüb, anasını və övladlarını saxladı. Sizə 100 faiz deyirəm ki, o, evə halal çörək gətirdi. Samirə anasına da, balalarına da halal pul yedirdib. O qızın haqqında az da olsa belə pis söz demək günahdır. Allaha xoş getməz. Olmaz! Ürək və qəlb sındırmaq heç də yaxşı deyil. Allahdan qorxun!”, - Nailə xanım bildirib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO