Bu da Bred Pittin SEVGİLİSİ – FOTO 

Bu da Bred Pittin SEVGİLİSİ – FOTO 

Hazırda oxunan: Bu da Bred Pittin SEVGİLİSİ – FOTO 

164298

59 yaşlı Hollivud ulduzu Bred Pitt 32 yaşlı fitnes məşqçi İnes de Ramonla eşq yaşayır. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu, Bredin boşandıqdan sonra ilk real münasibətidir. 

Cütlük tədbirdə birlikdə foto çəkdirməsə də, ətrafdakılarla gülərək, zarafatlaşaraq bir-birilərinə aşiq kimi münasibət göstəriblər. Bu arada İnez və Bred tezliklə birinci ildönümünü qeyd edəcəklər. 

“Onların ilk dəfə 2022-ci ilin noyabrında romantik münasibətdə olmaları ortaya çıxıb. Demək olar ki, bütün asudə vaxtlarını birlikdə keçirirlər”, - deyə mənbə “Us Weekly” nəşrinə bildirib. 

Qeyd edək ki, B.Pittin 6 uşaq böyütdükləri 48 yaşlı həyat yoldaşı Ancelina Colidən ayrılmasından 7 il keçir. Bu müddət ərzində ayrılan cütlük uşaq qəyyumluğu ilə bağlı ictimai qalmaqala qarışıb. Bred və Ancelina 2016-cı ildə ayrılıblar və 22 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Vivyen və Knoksun valideynləridir. 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO