Cavanşir Məmmədov:

Cavanşir Məmmədov: "Murad Dadaşov "Maşın" şouda məşhurları bir-birinə düşmən edib" - VİDEO 

Hazırda oxunan: Cavanşir Məmmədov: "Murad Dadaşov "Maşın" şouda məşhurları bir-birinə düşmən edib" - VİDEO 

164213

"”Maşın" realiti-şou ildə bir dəfə efirdə yayımlanırdı. İndiyə kimi neçə il yayımlanıbsa, o veriliş, orada iştirak edən məşhurlar bir-birinə düşməndir. Axı sən ("Maşın" realiti-şounun aparıcısı, Xalq artisti Murad Dadaşovu nəzərdə tutur - red.) bu düşmənçiliyi niyə yaradırsan?" 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib. 

Sənətçi əvvəlcə "Maşın" realiti-şounu və onun aparıcısı Xalq artisti Murad Dadaşovu tənqid edib. Cavanşir bildirib ki, Murad sözügedən şouda məşhurları bir-birinə düşmən edib: 

"Biz indi elə bir yaşdayıq ki, gərək kömək edək, xalqımızın nümayyəndələri bir-biri ilə mehriban olsun. O, onunla dalaşır, bu birisi digəri ilə...
Və ya kanalında yayımlanan verilişdə (Xəzər televiziyasının rəhbəri Murad Dadaşov - red.) ekspertlər bir-biri ilə savaşır. Məşhurlar özləri dalaşmırlar. Aparıcı istəsə və buna şərait yaratsa, biz bu dəqiqə başqa qonaqla dalaşa bilərik. Aparıcıdan çox şey asılıdır. Aparıcılıq böyük bir peşə də deyil. Aparıcılıq vasitəçilikdir. Reytinqə görə, 10 milyon əhali bu, 600 nəfərə maaş verməlidir deyə ona qurban getməlidir? Elə şey yoxdur. Olmaz!". 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO