Müğənni Fədayə Laçın bacısı İlahə Fəda ilə bir ara küsülü olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Evdəkilərə salam” verilişində danışıb.
Verilişin aparıcısı Aytəkin Mərdanovanın “İlahə Fəda Avropada olduğu üçün proqrama qatılmayıb. Münasibətiniz var?” sualına Fədayə belə cavab verib:
“Bacım deyil? Niyə münasibətimiz olmasın ki... Amma deyim ki, onun xətrinə dəymişdim, danışmırdıq. Sonra üzrxahlıq etdim, könlünü aldım. Dedim ki, bacı, sən nə deyirsən o, olsun”.
Rəşad Əliyev, Bizim.Media