Əminə Səidəni yerdən yerə vurdu: “Ailə qədrini bilməyənin toyunda yerim yoxdur” - VİDEO

Əminə Səidəni yerdən yerə vurdu: “Ailə qədrini bilməyənin toyunda yerim yoxdur” - VİDEO

Hazırda oxunan: Əminə Səidəni yerdən yerə vurdu: “Ailə qədrini bilməyənin toyunda yerim yoxdur” - VİDEO

162538

“Özümü heç zaman kiminsə gözündə problem kimi görməmişəm. Amma məni özünə dərd, problem edənlər var.  Allah köməkləri olsun. Allah xoşbəxt elesin. Əgər bir qadının həyatında qadına yaraşmayan bir hərəkəti və səhvi olubsa belə onun tərəfdarıyam ki, bir kişi belə bir qadını alıb özünə arvad etsin. Düzgün yola çəkəndə, arxasında dayananda...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi küsülü olan həmkarı Səidə Sultandan söz açıb. Sentyabrda toyu olan Səidəyə Əminə xoşbəxtlik arzulasa da, atmaca dolu sözləri ilə onu yerdən yerə vurub:

“Səidə ilə küsülü olsam da belə onu ailə qurması ilə bağlı təbrik etmək, toyda iştirak etmək gözəldir. Əgər bir məclisə gedirəmsə orada canı-könüldən iştirak edirəm, yox əgər getmirəmsə ora mənim deyilsə ora getmirəm. Məni heç Səidə toyuna dəvət etməmişdi. Onun bu addımını alqışlayıram.

Allah xoşbəxt eləsin! Ailə elə bir müqəddəs dəyərdir ki, bir insan sənin valideyinlərinə, ailə üzvlərinə toxunursa, heç zaman bilməz ki, ailə necə müqəddəs bir dəyərdir. Ona görə də Səidə məni öz toyuna dəvət etməyib. Allah oğullu-qızlı eləsin. Gözəl tərbiyəli övladlar nəsib etsin. Ailə qədrinin bilməyən insanların şərində, xeyirində mənim yerim yoxdur.
Mən Səidənin atası dünyasını  dəyişəndə yasında iştirak etmişəm. Getməli idim, getdim də... Amma toyu oldu, orada yox idim. O ki deyirsiniz ki, Səidə “canlara dəyən qızdır” bir insan hamı üçün yaxşı da, pis də ola bilməz”. 

Qeyd edək ki, aylar əvvəl Səidə Sultan Əminə Şirin tərəfindən polisə verildiyini açıqlayıb. O, bu addımı valideynlərini təhqir etdiyinə görə atdığını açıqlamışdı. 

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO