ARB-nin efirində qadın ekspertlər arasında DAVA - VİDEO

ARB-nin efirində qadın ekspertlər arasında DAVA - VİDEO

Hazırda oxunan: ARB-nin efirində qadın ekspertlər arasında DAVA - VİDEO

162526

Şairə və yazıçı Elnurə Abdullayeva və jurnalist Sevda Yusifqızı arasında efirdə qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, “Səni axtarıram” ictimai-sosial verilişində ekspert qismində iştirak edən tərəflər bir-birinin geyim tərzini tənqid ediblər.

S.Yusifqızı “Verilişdə hər bir insana, içi mən daxil bir söz qoşursuz. Siz bir özünüzə baxın... Özünüz şalvar, hündürdaban ayaqqabı geyinirsiz...” deyərək E.Abdullayevanı hədəf alıb. 

Jurnalistin bu sözlərinə cavab olaraq şairə “Sən mənə elə sözlər deyə bilməzsən. Mən sənə bu icazəni vermirəm. Əvvəlcə get bir özünə yuxarıdan-aşağı bax... Bu yaşda əyninə geyindiyin cins şalvara bax, sonra haqqımda nələrsə söyləyərsən. Efirə gələn, insanlara öyüt-nəsiyyət, məsləhət, yol göstərən bir şəxs o yaşda o şalvarı geyinməz” qarşılıq verib.
Onun bu sözlərindən əsəbiləşən Sevda “Bu sizin xasiyyətinizdir. Sizə biz heç nəyi məcbur edə bilmərik. Kimsə də kimisə nəyəsə məcbur edə bilməz” deyərək, mövzunu bağlamağa çalışıb. 

Canlı yayımda baş verən gərgin dolu anları sizə təqdim edirik:  

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO