Nura Suri: “İnsanlar eyni anda bir neçə nəfəri sevə bilər, bu, xəyanət deyil” - VİDEO

Nura Suri: “İnsanlar eyni anda bir neçə nəfəri sevə bilər, bu, xəyanət deyil” - VİDEO

Hazırda oxunan: Nura Suri: “İnsanlar eyni anda bir neçə nəfəri sevə bilər, bu, xəyanət deyil” - VİDEO

162426

“Elə insanlar var ki, eyni anda 2-3 nəfəri sevə bilirlər. Bu o demək deyil ki, o insan sənə xəyanət edir. Bu sadəcə həqiqətdir. İndi bu fikirlərimə görə məni söyəcəklər. Amma nə qədər istəyirsiniz söyün, heç vecimə də deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “Qapqara” verilişində deyib. 

Sənətçi bildirib ki, bir insanın eyni anda bir neçə insanı sevməsi xəyanət deyil:  

“ Kişilər də, qadınlar da eyni anda bir neçə nəfəri sevə bilər. Sadəcə insanların beyninə o qədər çərçivələr yeridilib ki... Bu olmaz, o olmaz, xəyanətdir, bu belə olmalıdır və sayra... Elə deyil axı... Misal üçün, mənim üç övladım var. Kim mənə deyə bilər ki, hansını daha çox sevirəm. Elə şey olmur. Mən hər üç övladımı da sevirəm. Bu bacı-qardaşa, ana-ataya da aiddir. Mən onları da sevirəm. Bir insanı platonik, digərini ehtiraslı sevə bilərsən. Bunun isə adı sevgidir, xəyanət deyil. Xəyanət başqa bir məhfumdur. Xəyanət... Elə bir anda insan sənin arxanda durmayıb xəyanət edə bilər ki,...

Otursun bütün günü kişi yanımda heç bir yerə getməsin, heç nə etməsin və mənə baxsın. Amma yeri, zamanı gələndə yanımda otura-otura belə xəyanət edə bilər. Və ya haqqımda deyilən sözə təpki göstərməz. Bax bu xəyanətdir, mənim üçün. Bunu demişəm”. 
Qeyd edək ki, Nura Suri üç dəfə ailəli olub. Onun Xosrov, Möhsen və David adlı üç oğlan övladı var. Xosrov və Möhsem Amerikada yaşayırlar. David isə anası ilə birlikdə qalır.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO