Aşıq Əlidən qalmaqallı AÇIQLAMA:

Aşıq Əlidən qalmaqallı AÇIQLAMA: "Qadın kişiyə necə məsləhət verə bilər?"

Hazırda oxunan: Aşıq Əlidən qalmaqallı AÇIQLAMA: "Qadın kişiyə necə məsləhət verə bilər?"

161615

Aşıq Əli Tapdıqoğlu efirdə səsləndirdiyi açıqlaması ilə müzakirələrə səbəb olub. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində bildirib ki, evli olsa da özünü subay hiss edir. 

Belə ki, aparıcının “Subaylıq sultanlıqdır” məsələsinə aşığın cavabı belə olub: 

“Subay oldun, yoxsa evli oldun, kişi üçün fərqi yoxdur. İstər evdə, istər çöldə heç bir fərqi yoxdur. Kişinin kişi xisləti var. Kişi evində də sultandır, çöldə də... Sultanlıq qadına sultanlıq etmək deyil. İstər qadınlı, istər qadınsız kişi öz həyatını da sultan kimi yaşamalıdır.

Sultan sözünün mənası rəhbər, arxayın, öz sözünün üstündə dayanan, idarəçi olan, öz işində məsuliyyətlidir. Qadın evdə yalnız uşağı tərbiyə edə, yeməyi bişirə bilər. Qadının hörmətini saxlamalısan. Amma müəyyən bir hədd var. Qadının özünə məsləhət lazımdır. Qadın kişiyə necə məsləhət verə bilər?”.

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO