Cavanşir Məmmədov Lalə Azərtaşı məhkəməyə verməklə HƏDƏLƏDİ – VİDEO 

Cavanşir Məmmədov Lalə Azərtaşı məhkəməyə verməklə HƏDƏLƏDİ – VİDEO 

Hazırda oxunan: Cavanşir Məmmədov Lalə Azərtaşı məhkəməyə verməklə HƏDƏLƏDİ – VİDEO 

161457

“Aparıcı düzgün mövqedə olmalıdır. Jurnalistin dostu olmamalıdır. Lalə Azərtaş, düzgün danış... Necə olur ki, sən efirdə Mustafa İbilə (keçmiş kürəkəni –red.) 30 dəqiqə vaxt ayırırsan, mənə isə 10 dəqiqə. Niyə? Deyir ki, “Xalqın gözü tərəzidir”. Tərəzi idisə bəs, niyə xalq sən Laləyə sosial şəbəkələrdə o qədər təhqirlər yazdı. Elə mənə yazardılar da, sənə niyə yazdı?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Sənətçi qalmaqal yaşadığı aparıcı Lalə Azərtaşdan söz açıb. 

Cavanşir bildirib ki, Lalə aparıcısı olduğu “Təsir dairəsi” ictimai-sosial proqramında məhkəməlik olduğu və hazırda həbsdə olan keçmiş kürəkəni Mustafa İbilinin tərəfini tutub.

Məmmədov Azərtaşdan sözünü tutub efirdə Mustafanı dələduz adlandırmasını istəyib. Əks təqdirdə müğənni aparıcını məhkəməyə verəcəyini açıqlayıb: 

“Lalə çıxıb efirdə deməlidir ki, Mustafa dələduzdur. O bunu xalqın qabağında deməyə söz verib. Məndə həmin verilişlərin yeddi diski var. Hamısında da yeddi cinayət işi var. Lalə ilin sonuna qədər Mustafaya efirdə çıxıb dələduz deməsə, cinayət işi qaldırılacaq və məhkəməyə gedəcək. Lalə deyir ki, mən düz adamam. Hər şeyi düz danışıram. Çıx xalqın önündə de ki, Mustafa həbs olundu, dələduzdur. Bununla da səninlə bitirək bu söhbəti. Etməyəcəksənsə, onda sona kimi gedəcəyik. Yolumuz uzundur”. 

Məmmədov Azərtaşın onun ailəsini təhqir etdiyini və bunun cinayət işi olduğunu söyləyib: 

“Lalə verilişi düz aparmayıb. Qanun qarşısında istədiyim nəticəni almaqla iş bitmir. Lalə ailəmi, həyat yoldaşımı, qızımı, nəvəmi təhqir edib. Cavab verməlidir... Mənə Lalə lazım deyil. Mənə məhkəmə lazımdır. Mustafa həbsə getdi, o tərəfi bitdi. Lalə deyir ki, Ali Məhkəmə var. Lalə, yadında saxla, deyirsən ki, hüquqşünassan.

Mən hüquqşünazlığınıza şübhə ilə yanaşıram. Çünki Ali Məhkəmədə iş getsə və Mustafa orada uduzsa, Mustafa o pulu (Mustafa İbilin Cavanşir Məmmədova 170 min manat borcu var –red.) mənə qaytarsa belə, o, həbsdən çıxa bilməyəcək. Ali Məhkəmənin çıxardığı hökm belə olur. Ona görə də sual altında qalmısınız.

Siz, Lalə xanım, Mustafanın qardaşına söz vermisiniz ki... Siz kimsiniz ki, Mustafanı azadlığa buraxasınız? Və ya vəkil kimdir ki, onu azadlığa buraxsın? Vəkil nə adam tutmur, nə də adam buraxmır. Vəkil sənin hüquq dilindir. İnsanı həbs edir prokuror və hakim. Lalə deyir ki, verilişin hakimiyəm. Sən hakim yox, aparıcısan, verilişin vasitəçisisən.
İşini düzgün bil, ağzından çıxan hər sözü qiymətləndir. Onun ağzından çıxan sözlər hamısı cinayət işləridir. Lalə deyir ki, verilişimə çox insan şir kimi gəlib, pişik kimi gedib. Adımda şir sözü var deyə belə sözlər söyləyir. Verilişinin studiyasını sirkə, heyvanxanaya bənzədirsən? Bunlar hamisi təhqirdir. Hamısının cavabını verəcəksən”. 

Qeyd edək ki, Mustafa İbili aylar əvvəl "Təsir dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO