Şairə Nazilə Səfərlinin evində xoşagəlməz “qonaq” peydə olub.
Bizim.Media xəbər verir ki, Nazilə xəbəri belə olmadan başını siçanın olduğu yastığa qoyub.
Səfərli bildirib ki, siçan onun başının ağırlığından ölüb. Həmin anları sosial şəbəkə hesabında paylaşan şairə “Bir ləyən əncir qurusunu yeyib, bəlkə də təzyiqi qalxıb ölüb. Bəlkə də özünü ölülüyə vurub” sözlərini yazıb.
Daha sonra Səfərli siçanın öldüyünün görüntüsünü çəkərək, izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media