Meyxanaçı Ağamirzə:

Meyxanaçı Ağamirzə: "Ağakərimi bu vəziyyətdə görəndə ürəyim ağrıyır" - VİDEO

Hazırda oxunan: Meyxanaçı Ağamirzə: "Ağakərimi bu vəziyyətdə görəndə ürəyim ağrıyır" - VİDEO

160979

"O zamanlar Ağakərim (meyxanaçı Kərim Novruzov - red.) Ağasəlim Çıldaqla (meyxanaçı Ağasəlim Səlimov - red.) qonşu idilər. Məni də Ağakərimlə Ağasəlim Çıldaq tanış etdi. Bundan sonra başladıq bir yerdə səhnədə və məclislərdə çıxış etməyə. Allah Ağakərimə şəfa versin. Gedirəm ona baş çəkirəm və çox pis oluram".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzov haqda “Həmin Zaur” verilişinə müsahibəsində deyib. 

Ağakərimin səhhətinin yaxşı olmadığını söyləyən söz xiridarı həmkarının bu vəziyyətini ürək ağrısı ilə qarşıladığını vurğulayıb:

"Ağakərimi yatağa məhkum olduğunu görəndə lap pis oluram. Ona on dəfə müraciət edib deyirəm ki, "Kərim salam" amma o üzümə baxır heç nə demir. 20 dəfə onunla salamlaşandan sonra reaksiya verib "salam" deyir. Bir tək "salam" deyir vəssalam. Onu bu vəziyyətdə görəndə ürəyim ağrıyır. Mənim Ağakərimlə qohumluq əlaqəm yoxdur. Amma buna rəğmən hər zaman bir-birimizə qardaş kimi olmuşuq".

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO