Vəfat edən nənəsindən danışan Abbas efirdə AĞLADI - VİDEO 

Vəfat edən nənəsindən danışan Abbas efirdə AĞLADI - VİDEO 

Hazırda oxunan: Vəfat edən nənəsindən danışan Abbas efirdə AĞLADI - VİDEO 

160851

Əməkdar artist Abbas Bağırov efirdə dünyasını dəyişən nənəsindən söz açıb.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda nənəsi ilə bağlı xatirələrini dilə gətirib.  

Nənəsi ilə ünsiyyəti zamanı çəkilən arxiv görüntülərini görən A.Bağırov göz yaşlarına boğulub: 

“Mənim ən sevdiyim nənəm idi. Onu hər zaman sevəcəyəm. Onunla aramda çox maraqlı münasibət vardı. Əsl nəvə - nənə münasibəti (ağlayır). Nənəmin çox gözəl zarafatları vardı. Kənardan baxan görərdi ki, nənədə nəvəsi ilə belə zarafat edər. Amma o qədər məni çox istəyirdi. Onun itkisi, bu həyatdan getməsi mənə çox pis təsir etdi. İndi bu görüntülərə baxanda çox pis oldum. Əslində həyatdır...  

Onun bu həyatda yoxluğu çox görsənir. Doğma birini itirmək çox ağır bir hissdir. Sözlə belə ifadə etmək olmur. Eşidəndə ki, nənəm dünyasını dəyişib, inanmadım. Hətta dəfnində belə yenə də inanmırdı. Gözümdən belə yaş gəlmirdi o zaman ki, nənəmin dəfnindən qayıdanda arxaya boylandım, özümə söylədim ki, bu realdır: Nənəm həyatdan köçüb.  
Onun yoxluğunu özümdə heç zaman hiss etdirmirəm. Nənə mahnısını da sizin efirinizdə ona görə oxudum ki, nənəmin ruhu şad olsun. Həyatda qalan nənələrə Allah can sağlığı versin. Dünyasını dəyişənlərə isə Allah rəhmət eləsin”, - deyə Abbas vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO