Xalq artisti Emin Ağalarov yeni layihəsi üçün təəccüb doğuran addım atıb.
Bizim.Media xəbər verir ki, yeni mahnısına ekran həyatı verən sənətçi kostyumda özünü qapalı hovuza atıb.
Klipdə həmin kadr qüsursuz alınsın deyə Emin bir neçə dəfə hovuza tullanmalı olub. Sözügedən görüntüləri isə Ağalarov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Həmin videonu təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media