Sərxan kütlənin 60 faizini savadsız, Elza isə “manqurt” adlandırdı - VİDEO 

Sərxan kütlənin 60 faizini savadsız, Elza isə “manqurt” adlandırdı - VİDEO 

Hazırda oxunan: Sərxan kütlənin 60 faizini savadsız, Elza isə “manqurt” adlandırdı - VİDEO 

160449

Ötən gün aktyor və aparıcı Sərxan Kərəmoğlunun “Tarixin bir günü” verilişində söylədiyi “Kütlənin 60 faizi savadsızdır” sözləri gündəmi çalxalayıb. 

Bizim.Media xəbər verir ki, sözügedən proqramda qonaq olan Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan mövzu ilə bağlı qalmaqallı açıqlama verib. 

“Deməzdim ki, bizim cəmiyyətdə savadsızlaşma gedir. Artıq savadsızlaşma yox, “manqurtlaşma” gedir. Bu söz mədəni sözdür. Savadsızlaşma odur ki, uşaq oxumur, gedib məktəbdə “iki” qiyməti alır. Amma “manqurtlaşma” isə ana bətnindən artıq özünü büruzə verir.
Əgər bugünkü gün efirdə “gəlirsən” sözünə “gələssən” deyirlərsə... Baxıram ki, savadlı müəllimə, vəzifəli insandır “gələssən”, “gəlməyəssən” deyir. Sahibkar bir qadındır, üzəri brilliantlarla doludur, amma danışanda “gəlirsən” sözünə “gələssən” deyir. Bu, dəhşətdir”, - deyə Elza vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO