Müğənni Günay İbrahimli 30 il sonra dünyaya göz açdığı Füzuliyə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi Füzuli Şəhəri Günü münasibəti ilə keçirilən konsertdə səhnə alıb.
İbrahimli keçirdiyi sevinc hisslərini bu sözlərlə ifadə edib:
“Öz doğulduğum doğma torpağım, Füzuli şəhərində səhnə almaq sözlərlə ifadə edilə bilməyəcək dərəcədə möhtəşəm hisslər yaşatdı.Qarabağ Azərbaycandır!”
Rəşad Əliyev, Bizim.Media