Məleykə Əsədova: “Kaş “TikTok”u həmişəlik bağlayardılar” - VİDEO

Məleykə Əsədova: “Kaş “TikTok”u həmişəlik bağlayardılar” - VİDEO

Hazırda oxunan: Məleykə Əsədova: “Kaş “TikTok”u həmişəlik bağlayardılar” - VİDEO

160389

“Qızım Gülər deyir ki, ana Universitetdə hamının “Instagram” və “TikTok” sosial şəbəkə platformalarında səhifələri var, amma mənim yoxdur. İcazə ver, mən də orada səhifə açım. Mənə çox lazım olur. Amma mən icazə vermirəm və həmin sosial şəbəkələrin əleyhinəyəm. Qızımın indiyə kimi nə “Instagram”, nə dəki “TikTok”u varş Ümumiyyətlə . “TikTok”a qarşıyam. Oradan axı nə öyrənmək olar? Kaş ki, “TikTok”u həmişəlik bağlayardılar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi qızı Gülərə qoyduğu qadağalardan söz açıb. Əsədova bildirib ki, sosial şəbəkələrə ələyhinə olduğu üçün övladının ora daxil olmasına icazə vermir: 

“Qızım Gülərin sosial şəbəkələrdə olmasını istəmirəm. Çünki, elə şeylərə orada rast gəlinir ki... Düzdür, ona qadağa qoymaqla da istəmirəm qəlbi qırılsın. Gülər artıq böyük qızdır. 18 yaşı var. Amma ona icazə vermirəm. Düşünürəm ki, qızım sosial şəbəkələrə daxil olsa, dərsləri qalacaq kənarda. Bu dəqiqə uşaqların gözləri telefondan, internetdə olmaqdan zəifləyib. “Instagram”a boş və mənasız girib, baxmaqdansa dil öyrənsin, çoxlu kitab oxusun. Ona deyirəm ki, qızım kitab oxu”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO