Əli Mirəliyev əri tərəfindən öldürülən müğənni üçün efirdə göz yaşı tökdü - VİDEO

Əli Mirəliyev əri tərəfindən öldürülən müğənni üçün efirdə göz yaşı tökdü - VİDEO

Hazırda oxunan: Əli Mirəliyev əri tərəfindən öldürülən müğənni üçün efirdə göz yaşı tökdü - VİDEO

160196

Xəbər verdiyimiz kimi, ötən gün qısqanclıq zəminində müğənni Yaqut Həşimova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.   

Bizim.Media xəbər verir ki, mərhumun duet ortağı müğənni Əli Mirəliyev “Elgizlə izlə” ictimai-sosial verilişinin canlı efirinə gələrək, baş vermiş qandorduran hadisədən söz açıb. 

“Mənim bir çox xanım sənətçilərlə duetlərim olub. Hər gülün öz ətri olan kimi Yaqutun da öz ətri vardı (qəhərlənir). Onun ifası mənim çox xoşuma gəlirdi. Qızımdan kiçikdir. Çox istəyirdim ki, Yaqut səhnədə parlasın. Azərbaycan musiqisinə xeyir gətirsin. Mahnıları düzgün oxusun. Çünki onu düzgün ifa etməyi öyrədə bilərdim.
Amma heyif ki... Allah onun günahlarını bağışlasın. Bilmirəm hadisə ilə bağlı nə deyim. Yaqutun əri qəhrəman deyil. O, Yaqutu öldürməklə musiqimizə ziyan vurdu. Mən başa düşə bilmirəm ki, o cür hündürboy yaraşıqlı oğlan və doğma xalası oğlu belə bir cinayəti necə törədib. Ailədir, bilmirəm nələr baş verib. Mən də buna görə qalmışam məəttəl ki, necə bu hadisə baş verib”. 

Daha sonra Əli Mirəliyev və Yaqut Həşimovanın bir müddət əvvəl sözügedən proqramda oxuduqları duetlərinin arxiv görüntüləri yayımlanıb. Bu anda isə Ə.Mirəliyev göz yaşlarına hakim kəsilə bilməyib, studiyanı tərk edib. Daha sonra isə müğənni özünü toparlayandan sonra efirə geri dönüb. 

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO