Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlik səhhətindən DANIŞDI - ÖZƏL/FOTO

Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlik səhhətindən DANIŞDI - ÖZƏL/FOTO

Hazırda oxunan: Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlik səhhətindən DANIŞDI - ÖZƏL/FOTO

159354

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini və bununla əlaqədar Milli Onkologiya Mərkəzində müalicə aldığını açıqlamışdı. 

80 yaşlı sənətkarın səhhəti ilə bağlı Bizim.Media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb.

R.Məlik sağlamlıq vəziyyətini qısa olaraq belə şərh edib:  

“Hər şey normaldır. Evdəyəm. Heç kimə heç nə hesabat vermək istəmirəm”. 

Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Aslan Şirinin sənətkarla çəkdirdiyi şəkildə onun xeyli çəki atması diqqətdən yayınmamışdı.

Aktyor bu halı ilə bağlı “İnsan xəstə olanda arıqlayır. Burada şişildəcək bir şey yoxdur. Xudafiz” sözlərini dilə gətirib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO