Namiq Qaraçuxurlunun anası: “Oğlumun fəxri ad almasını arzulayıram” - VİDEO

Namiq Qaraçuxurlunun anası: “Oğlumun fəxri ad almasını arzulayıram” - VİDEO

Hazırda oxunan: Namiq Qaraçuxurlunun anası: “Oğlumun fəxri ad almasını arzulayıram” - VİDEO

159005

Meyxanaçı Namiq Qaraçuxurlunun anası Qənirə xanım efirdə oğlundan söz açıb. 

Bizim.Media xəbər verir ki, səhhəti ilə bağlı “İncə səhər” əyləncəli-musiqili verilişin canlı yayımına gələ bilmədiyini vurğulayan söz xiridarının valideyni oğluna mesajını səs yazısı ilə göndərib.  

Qənirə xanım bildirib ki, ən böyük arzusu Namiqin fəxri ad almasıdır: 

“Namiq uşaqlıqda necə ağıllı idisə, indi də elədir. Namiqin uşaq yaşlarında musiqiyə həvəsi vardı. Namiq birinci sinifdə oxuyanda, təhsil aldığı orta məktəbdə Sətta Bəhlulzadənin yubileyində  “Təbrizim” mahnısını ifa etdi. Onda anladım ki, Namiqin musiqiyə böyük marağı var.

Namiqlə hər sözümüz, hər sirrimiz bir olub. Bir iş görəndə də hər zaman bir-birimizlə məsləhətləşirik. Ürəyimdən keçirdi ki, Namiq musiqiçi olsun. Lakin onun ürəyindən menecer kimi çalışmaq keçirdi. O da alınmadı. Bir sözlə, istəyim yerinə yetdi. Etiraf etmək istəyirəm ki, oğlumun fəxri adla təltif olunmasını istəyirəm”. 
Namiq isə anasının bu etirafına “Ana başına dönüm sənin...” kövrək sözlərini dilə gətirib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO