Ötən gün Əməkdar artisti Almaz Ələsgərovanın ad günü olub.
Bizim.Media xəbər verir ki, 57 yaşına qədəm qoyan sənətçi bu münasibətlə özünə təmtəraqlı doğum günü məclisi keçirib.
Yaxınlarının iştirakı ilə baş tutan məclisdə Ələsgərovanın nə qız övladları, nə də ki məşhur həmkarları gözə dəyib.
Ad günü gecəsindən çəkilən fotoları Almaz sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənni sözügedən paylaşımına “Çox sağolun təbriklərə görə, dostlar. Yeni yaşım xoş gəldin” sözlərini yazıb.
Qeyd edək ki, Almaz Ələsgərovanın böyük qızı Mədinə İsveçrədə ailə qurub və orada yaşayır. Mədinənin iki övladı var. A.Ələsgərovanın Əminə adlı daha bir qızı var.
Rəşad Əliyev, Bizim.Media