Bekhemin gəlininin əri ilə çəkilən ədəbsiz FOTOLARI qalmaqal yaratdı

Bekhemin gəlininin əri ilə çəkilən ədəbsiz FOTOLARI qalmaqal yaratdı

Hazırda oxunan: Bekhemin gəlininin əri ilə çəkilən ədəbsiz FOTOLARI qalmaqal yaratdı

158610

Məşhur amerikalı sənayeçi və milyarder Nelson Peltsin aktrisa qızı Nikola Peltz qayınatası əfsanəvi futbolçu Devid Bekhemi onun haqqında bu yaxınlarda Londonda baş tutan sənədli filmin premyerası münasibətilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, diqqətçəkən məqam Nikolanın bunu onun oğlu, əri Bruklin Bekhemlə açıq-saçıq formada qucaqlaşaraq çəkdiyi fotolarla sosial şəbəkə hesabında paylaşaraq etməsi olub. 

Pelts şəkillərə “Dünən gecə möhtəşəm idi. Devid Bekhemi təbrik edirəm” şərhini yazıb. Nikolanın izləyiciləri isə bu paylaşımdan məəttəl qalıblar.
Şərhlərdə onu ədəbsiz və gülünc davranışlarda, narsizmdə günahlandırıblar və niyə belə fotoları qayınatasına həsr edərək dərc etdiyini soruşublar. Bəziləri həmçinin soruşublar ki, niyə Pelts bu postda Devid Bekhemin adını işarələyib. Onlar üçün qəribə məqamlardan biri isə uzun müddətdir mübahisə və rəqabət yaşadığı barədə şayiələr yayılan qayınanası Viktoriyanın adını işarələməsi olub. 

Qeyd edək ki, bir neçə gün əvvəl Londonun “The Curzon Mayfair” otelində futbolçu Devid Bekhem haqqında “Bekhem” sənədli serialının premyerası olub.

Devid və Viktoriya Bekhem, övladları - oğulları Bruklin, həyat yoldaşı Nikola Peltz, Romeonun sevgilisi Mia Reqan, Kruz və qızı Harperlə premyeraya gəliblər. Fotolar geniş ictimaiyyət arasında müzakirə predmetinə çevrilib. Filmdə Devid və Viktoriya karyeralarında və şəxsi münasibətlərindəki çətinliklərdən necə narahat olduqlarından, müxtəlif çətin anlara toxunduqlarından danışıblar. 






Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO