Əməkdar artist Ehtiram Hüseynov mərhum dayısı xanəndə Hacıağa bəylə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, dayısının ifasını tarda müşayiət etdiyi görüntüləri sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
E.Hüseynov paylaşımına “Bir il çox tez keçdi. Elə bil, indi söhbətləşirdik. Məkanın cənnət olsun, dayım. Heyif sənə... Əbədi qəlbimdə, xatirələrimdəsən” sözlərini yazıb.
Qeyd edək ki, əslən Laçın şəhərindən olan 42 yaşlı E.Hüseynov uzun illərdir “Dağınıq skleroz” (Sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur - red.) xəstəliyindən əziyyət çəkir.
Rəşad Əliyev, Bizim.Media